Klaypeda limanında yeni baza açılıb
Litvanın Klaypeda limanında yeni liman donanması bazası açılıb.
“Seanews.az” xəbər verir ki, Burada limanın bütün ixtisaslaşdırılmış avadanlıqları yerləşəcək və bu, gəmilərinin idarəedilməsi üçün yeni baza olacaq.
"Müəssisədəki müasir avadanlıqlarla biz tez və səmərəli fəaliyyət göstərməyə zəmanət veririk”, - Klaypeda Dövlət Dəniz Limanının baş direktoru Algis Latakas deyir.
Burada dalğıcların, ətraf mühitin çirklənməsinə qarşı mübarizə idarəsinin əməkdaşlarının və gəmi heyətlərinin işgüzar fəaliyyəti üçün lazımi şərait yaradılacaq. Konfrans zalı isə bazanın yaxınlığında yaşayan sakinlərin də üzünə açıq olacaq.
Yüksək enerji səmərəliyi standartlarına cavab verən bina günəş elektrik stansiyası ilə təchiz olunacaq. Kompleksdə avtomobil doldurma stansiyası olacaq və sahil enerjisi iki yeni hibrid pilot qayığı və hidrogen-elektrik tullantılarını toplayan gəmini enerji ilə təmin edəcək.
İlin sonuna qədər bazada Klaypeda Liman İdarəsinə məxsus ümumilikdə 9 ixtisaslaşdırılmış gəmi yerləşəcək.
Qeyd edək ki, yeni donanma bazasının tikintisi layihəsi 5,4 milyon avroya başa gəlib.