Volqada gəmidə baş verən yanğını heyət söndürüb
Nijni Novqorod vilayətində Volqa çayında, Kstovski rayonunun Velikiy Vraq və Bezvodnoye kəndləri arasında qumçıxaran gəmi yanıb.
“Seanews.az” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Nijni Novqorod vilayəti üzrə Baş İdarəsinin “Teleqram” kanalında məlumat verilib.
Qeyd olunur ki, gəminin heyəti xilasetmə bölmələri gələnə kimi yanğını söndürüb. Yanğın təxminən 150 kvadratmetr ərazini əhatə edib.
Məlumatda bildirilir ki, gəminin batmaq təhlükəsi yoxdur, maşın şöbəsi zədələnməyib.
Hadisənin baş vermə səbəbi müəyyənləşdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır