Amsterdam limanında metal qırıntıları daşıyan gəmidə yanğın baş verib
Niderlandın Amsterdam limanında metal qırıntıları daşıyan “The Trade” quru yük gəmisində yanğın baş verib.
“Seanews.az” xəbər verir ki, yanğınsöndürmə briqadası hadisəni mürəkkəb hadisə kimi qiymətləndirib.
Yanğın limanın metal qırıntıları terminalında dayanmış “The Trade” ticarət gəmisinin 4-cü anbarında başlayıb, daha sonra 3-cü anbara keçib. Yanğın strukturlara ziyan vurub.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Yanğının səbəbi müəyyənləşdirilir.
2011-ci ildə tikilən gəmi Marşal adalarının bayrağı altında üzür.
Qeyd edək ki, oxşar hadisə bir neçə həftə əvvəl limanda başqa bir gəmidə də baş vermişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır