Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-21,
Seanews
Heyder Eliyev

Hindistan səlahiyyətliləri ölkənin limanlarına daxil olan gəmilərdən etibarlı “P&I” sertifikatları tələb edir

Hindistanın Ticarət Gəmiçiliyi Baş İdarəsi (“DGS”) ölkənin limanlarına daxil olan və ya Hindistan sularından tranzit keçən bütün Hindistan və xarici bayraqlı gəmilərdən etibarlı “P&I” sığorta sertifikatı tələb edir.

“Seanews.az” xəbər verir ki, bu barədə gəmi agentliyi xidmətləri göstərən “GAC India” şirkətinin saytında məlumat verilib.

Sənəddə qeyd olunur ki, “P&I” sığortası yüklərin itməsi və zədələnməsini, neft məhsulları və digər təhlükəli maddələrlə çirklənmədən dəyən ziyanı, batmış gəmilərin qaldırılmasını və toqquşmadan sonra onların çıxarılmasını əhatə etməlidir.

Sikka limanında səlahiyyətlilər təkid edirlər ki, bütün gəmilər batmış və ya toqquşmuş gəmilərin çıxarılması və neft dağılmalarının təmizlənməsi üçün müddəaları özündə əks etdirən “P&I” sertifikatına malik olmalıdır.

Hindistan limanlarının rəhbərliyi, öz növbəsində, “P&I” sertifikatlarının həqiqiliyini və sertifikatın qüvvədə olma müddətini yoxlamalıdır (o, limanda nəzərdə tutulan bütün müddəti əhatə etməlidir).

"P&I”, “Blue Card” və ya “CIOFS” sığorta şəhadətnaməsinin həqiqiliyi və ya etibarlığı ilə bağlı hər hansı pozuntu və ya şübhələr gecikmədən Hindistanın Ticarət Gəmiçiliyi Baş İdarəsinə bildirilməlidir. Bu məsələ həll olunana qədər sözügedən gəminin Hindistan limanına daxil olmasına icazə verilməyəcək. Əgər gəmi artıq Hindistan sularındadırsa, dərhal suları tərk etməsi əmri verilməlidir."


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır