Norveçin xilasedici yedək gəmisi qəza vəziyyətində olan “Maersk Sana” konteyner gəmisinə çatıb
Norveçin xilasedici yedək gəmisi maşın şöbəsində partlayışdan sonra Atlantik okeanında qəza vəziyyətində olan “Maersk Sana” konteyner gəmisinə çatıb.
“Seanews.az” xəbər verir ki, partlayış 2025-ci il aprelin 28-də konteynerdaşıyan gəmi ABŞ-nin Nyuark şəhərindən Sinqapura gedərkən baş verib. Hadisə zamanı gəmi Bermud adalarından təxminən 254 dəniz mili şərqdə olub.
Maşın şöbəsinə ciddi ziyan vuran partlayış əsas hərəkət sistemini sıradan çıxarıb. O vaxtdan bəri, konteyner gəmisi köməkçi mühərriklə işləyir və məhdud manevr qabiliyyətinə malikdir.
Hadisə nəticəsində 3 dənizçi yaralanıb. Onlardan birinə gəmidə tibbi yardım göstərilib, digər iki dənizçi “Maersk” şirkətinin Bermuda gedən başqa gəmisinə keçirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır