Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-22,
Seanews
Heyder Eliyev

KXDR-də esmines suya enərkən insident baş verib

KXDR lideri Kim Çen In mərasim zamanı yeni esminesin lazım olduğu qaydada suya düşməməsinin, məsul rəhbərliyin səhvinə görə zərər görməsinin şahidi olub.

“Report” xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Kim Çen Inın qatıldığı mərasim mayın 21-də Cxendjində keçirilib. "Esminesin işə salınması zamanı ciddi qəza baş verdi: təcrübəsiz rəhbərlik və idarəetmədə səhlənkarlıq səbəbindən təkərlərin hərəkətinin paralelliyi təmin edilməyib, bunun nəticəsində gəminin arxa hissəsinin buraxılış cihazı sürüşmə yolundan vaxtından əvvəl çıxıb və maneəylə üzləşib, gəminin tarazlığı pozulub.

"Yoldaş Kim Çen In qəzanın bütün prosesini müşahidə edib və baş verənlərin sadəcə diqqətsizlik, məsuliyyətsizlik, qeyri-elmi empirizm nəticəsində yaranan qəbuledilməz ciddi qəza və cinayət olduğunu qiymətləndirib", - məlumatda deyilir. O, partiyanın Mərkəzi Komitəsinin iyun plenumuna qədər gəminin bərpasını tələb edib.

Onun sözlərinə görə, bu məsələ dövlətin nüfuzu ilə bağlıdır. Eyni zamanda, dövlət işləri sədri plenumda partiyanın Mərkəzi Komitəsinin Müdafiə Sənayesi şöbəsinin, Kim Çak Politexnik İnstitutunun, Mərkəzi Gəmi Layihələndirmə İnstitutunun və Çxonjin gəmiqayırma zavodunun məsuliyyətsiz rəhbər işçilərinin səhvlərinə baxılacağı barədə xəbərdarlıq edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır