Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-30,
Seanews
Heyder Eliyev

“Damen” zavodunda istismardan çıxarılan iki platforma birləşdirilib

Niderlandın “Damen Shiprepair Rotterdam” gəmi təmiri zavodunda (“Damen Shipyards Group”-a daxildir) Böyük Britaniyanın “Petrodec” şirkətinin sifarişi ilə tikilmiş ağır yük qaldırıcı qazma platformasının adlandırma mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, yeni platforma “Obana” adlandırılıb.

Bu layihəni unikal edən istismardan çıxarılan iki dəniz platformasının bir platformada birləşdirilməsidir. Beləliklə, köhnə dəniz platformaları söküldükdən sonra onlarla nə etmək barədə çox fikirləşməyəcəklər.

İki platformanı bir platformada birləşdirmək üçün Dubayda (BƏƏ) əlavə orta hissə hazırlanmışdır. Köhnə platformalar Şimal dənizinin Britaniya sektorundan tikintinin aparıldığı Rotterdama daşınıb.

Ötən ilin sonunda hər üç bölmə Qərbi Avropanın “Damen Shiprepair” zavodundakı ən böyük quru dokunda quraşdırılıb.

“Dutch Offshore Energy Solutions” (“DOES”) şirkətinin məlumatına görə, layihədə “Brage” və “Gabrus” adlı iki köhnə platformadan istifadə edilib.  Yeni platformanın uzunluğu təxminən 200 metrdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır