Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-30,
Seanews
Heyder Eliyev

Xəzər sahilində 100-dən çox ölü suiti tapıldı

Qazaxıstanın Manqistau vilayətinin Fort Şevçenko şəhəri yaxınlığında Xəzər dənizi sahilində 117 suiti leşi aşkar edilib.

Oxu.az xəbər verir ki, bu barədə Respublika Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsi "Facebook" səhifəsində məlumat yayıb:

"Aparılan araşdırmalar onu deməyə əsas verir ki, tapılan suitilər ötən ilin noyabr-dekabr aylarında ölüb.

Suiti cəmdəkləri yığılaraq sanitar normalara riayət olunmaqla poliqonda məhv edilib".

Vurğulanıb ki, bununla da 2024-cü ilin noyabrından tapılan ölü suitilərin ümumi sayı 2194-ə çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır