Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-29,
Seanews
Heyder Eliyev

Süveyş kanalında bir sıra sahələrdə xidmətlərin qiyməti 3 ay ərzində 50% ucuzlaşacaq

Süveyş Kanalı Aministrasiyası 2025-ci il iyunun 1-dən etibarən Süveyş kanalının bəzi hissələrində, o cümlədən İsmailiyyə bölgəsində gəmilərin heyətlərinin dəyişdirilməsi xidmətlərinin dəyərinin üç ay ərzində 50% azaldılacağını bildirib.

“Seanews.az” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Misir Ərəb Respublikasındakı Ticarət Nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, dəniz sərnişin qayığının icarə haqqı bir saat üçün 400 dollar deyil, 200 dollar olacaq. Hər sonrakı 15 dəqiqə 50 dollara başa gələcək.

Heyət dəyişikliyi ilə bağlı sorğular Süveyş Kanalı İdarəsinin saytında xüsusi forma vasitəsilə göndərilə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır