Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-29,
Seanews
Heyder Eliyev

Vyetnamda kömür daşıyan gəminin qəzaya uğraması nəticəsində 10 nəfər itkin düşüb

Vyetnamda kömür daşıyan yük gəmisinin qəzaya uğraması nəticəsində 10 nəfər itkin düşüb.

APA xəbər verir ki, bu barədə "VnExpress" xəbər portalı məlumat yayıb.

Məlumata görə, təxminən 5 min ton kömür daşıyan gəmi texniki nasazlıq səbəbindən mərkəzi Kuanqbin əyalətində yerləşən Vunqanq limanına yaxınlaşarkən qəzaya uğrayıb.

Gəmidə olan 11 ekipaj üzvündən yalnız biri xilasedicilər tərəfindən xilas edilib, qalan 10 nəfərin taleyi hələ də naməlumdur.

Qəza baş verən ərazidə hazırda əlverişsiz hava şəraiti hökm sürür ki, bu da axtarış-xilasetmə işlərini çətinləşdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır