Almaniya Hərbi Dəniz Qüvvələri üçün “F126” sinif freqatların tikintisinin tamamlanması ən azı 2030-cu ilədək təxirə salınıb
Almaniya Hərbi Dəniz Qüvvələri üçün altı “F126” sinif freqatının tikintisinin başa çatdırılması ən azı 2030-cu ilə qədər təxirə salınıb.
Bu barədə “Seanews.az” Almaniyanın “Kieler Nachrichten” qəzetinə istinadən xəbər verir.
Almaniya Hərbi Dəniz Qüvvələri ilk dörd freqatı 2020-ci ildə, daha ikisini isə 2024-cü ilin iyununda Niderlandın gəmi istehsalçısı “Damen Naval”a cəmi 9 milyard avroya sifariş verib. Gəmilərdən birincisinin 2028-ci ildə suya buraxılması planlaşdırılırdı.
Nəşrin yazdığına görə, Niderland podratçı müqavilənin şərtlərindən narazıdır, ona görə ki, sifarişin ən azı 70%-i Almaniya tərsanələrində yerinə yetirilməlidir. Bununla belə, nə Almaniya Hərbi Dəniz Qüvvələrinin nümayəndələri, nə də gəmiqayırma şirkəti yaranan çətinlikləri açıq şəkildə şərh etməyə və ya tikintinin başa çatması üçün yeni dəqiq tarix deməyə hazır deyillər.