Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-29,
Seanews
Heyder Eliyev

Şanxayda nəhəng gəmiqayırma kompleksi tikilib

Çində “Hudong-Zhonghua Shipbuilding Grup”-nun yeni gəmiqayırma kompleksinin rəsmi açılışı və istismara verilməsi mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

“Hudong-Zhonghua” gəmiqayırma zavodu Şanxaydakı Çansin adasının cənub sahilində yerləşir. Ümumi sahəsi 431,8 hektar, investisiya həcmi isə təqribən 2,5 milyard dollardır.

Layihənin birinci mərhələsinə təxminən 1,1 milyard dollar dəyərində tikinti üçün 214,6 hektar ərazinin mənimsənilməsi daxil idi.

Birinci mərhələ ildə altı ixtisaslaşdırılmış gəmi tikmək üçün kifayət edəcəkdir. İkinci mərhələdə zavodun istehsal gücü xeyli – ildə 10 böyük tutumlu dəniz LNG daşıyıcılarınadək genişləndiriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır