Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-06,
Seanews
Heyder Eliyev

Küveyt BƏƏ-nin şirkəti ilə 2,45 milyard dollarlıq müqavilə imzalayıb

Küveytin Müdafiə Nazirliyi “Falaj3” sinifli korvetlərin tikintisi üçün BƏƏ-nin “EDGE Group” şirkəti ilə 2,45 milyard dollar dəyərində ən böyük həbri dəniz müqaviləsi imzalayıb.

"Report"un xəbərinə görə, bu müqavilə regionda dəniz silahlarının ixracına dair ən böyük, həmin kateqoriyada dünyada ən bahalı müqavilələrdən biridir.

Müqaviləyə Hərbi Dəniz Qüvvələrinin yeni gəmilərinin layihələndirilməsi, tikintisi və sınaqdan keçirilməsi, həmçinin köhnələrinin təmiri və modernləşdirilməsi daxildir. Bundan əlavə, əməkdaşlıq çərçivəsində şirkət iş üzrə kadrların dərindən hazırlanması ilə məşğul olacaq.

62 metrlik “Falaj3” raket korvetləri də BƏƏ Hərbi Dəniz Qüvvələrinə “EDGE Group” tərəfindən verilir. İlk gəmi bu ilin fevralında istismara verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır