Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-06,
Seanews
Heyder Eliyev

“ICTSI” dünyada terminalların təkmilləşdirilməsi proqramını reallaşdırmağı planlaşdırır

Filippin terminal operatoru “International Container Terminal Services” (“ICTSI”) bütün dünyada terminalların təkmilləşdirilməsi proqramını reallaşdırmağı planlaşdırır.

“Seanews.az” xəbər verir ki, 2024-cü il gəliri 850 milyon dollar olan şirkət bu il terminalların təkmilləşdirilməsi proqramınına 580 milyon dollar xərcləyəcək.

“ICTSI” həm mövcud, həm də yeni layihələrə sərmayə qoyacağını bildirib. O cümlədən, investisiya proqramına Luson adasında (Filippin) beynəlxalq konteyner terminalının tikintisi daxildir. Tikintisi 2028-ci ildə başa çatdırılacaq terminala ümumi investisiyanın həcmi 800 milyon dollar qiymətləndirilir.

“ICTSI”-nin digər layihəsi Konqo Demokratik Respublikasındakı “Matadi Gateway Terminalıdır” (“MGT”). 2025-ci ildə şirkət terminalın səmərəliyinin artırılmasına yönəlmiş bir sıra təşəbbüslər, o cümlədən Matadi limanını milli avtomobil yolları şəbəkəsinə birləşdirəcək 2,65 km-lik yolun tamamlanmasını həyata keçirəcək.

İnvestisiya proqramı çərçivəsində “ICTSI” həmçinin Meksikanın Kolima şəhərindəki “Contecon Manzanillo” terminalında genişləndirmə layihəsinin üçüncü mərhələsini başa çatdırmağı və Braziliyanın “Rio Brasil” terminalında avadanlığı təkmilləşdirməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır