Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-06,
Seanews
Heyder Eliyev

Göyərtəsində 3000 avtomobil olan gəmidə yanğın baş verib

Göyərtəsində 800-ü elektrik olmaqla, ümumilikdə 3 000 avtomobil olan "Zodiac Maritime" şirkətinə məxsus "Morning Midas" adlı yük gəmisində Şimali Sakit okeanda, Alyaskanın Aleut adaları yaxınlığında yanğın baş verib. 

"Seanews.az" xəbər verir ki, hadisə zamanı gəmidə 22 heyət üzvü olub. Onlar yanğını lokallaşdırmaq üçün gəmidəki daxili yanğınsöndürmə sistemini işə salsalar da, alovu nəzarət altına ala bilməyiblər. Nəticədə dənizçilər xilasedici qayıqla gəmini tərk edib və hadisə yerinə yaxın olan "Cosco Hellas" adlı başqa bir ticarət gəmisinin heyəti tərəfindən təxminən 300 mil (təqribən 490 kilometr) Adak adasından cənub-qərbdə xilas olunublar.

ABŞ Sahil Mühafizəsinin yaydığı fotolarda gəminin arxa hissəsindən qalxan güclü tüstü müşahidə olunub. İlkin məlumatlara görə, yanğın elektrik nəqliyyat vasitələrinin yükləndiyi göyərtədə başlayıb. Lakin yanğının dəqiq səbəbi hələlik məlum deyil.

"Zodiac Maritime" şirkətindən verilən açıqlamada bildirilib ki, hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib. Hazırda fövqəladə xidmətlərlə əməkdaşlıq çərçivəsində əraziyə yedək və yanğınsöndürmə işlərinə dəstək məqsədilə xüsusi gəmi göndərilib. 

Araşdırmalar davam edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır