

IMO okeanların qorunması üçün çağırış edib
Fransanın Nitsa şəhərində keçirilən "BMT Okean Konfransı 2025"-keçirilib.
"Seanews.az" xəbər verir ki, tədbirdə Beynəlxalq Dəniz Təşkilatı (IMO) dəniz nəqliyyatı vasitəsilə okeanların qorunmasına dair təşəbbüslərini təqdim edib.
Təşkilatın baş katibi Arsenio Dominguez tədbirdə çıxışı zamanı bildirib ki, dəniz nəqliyyatı və davamlı inkişaf bir-birindən ayrılmaz anlayışlardır. O, IMO-nun dəniz səs-küyü, plastik çirklənməsi və dəniz ekosisteminin mühafizəsi sahəsində gördüyü işlərə diqqət çəkib.
IMO dəniz mühitinin mühafizəsi üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayaraq, bu istiqamətdə daha sıx fəaliyyətə çağırış edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır