

Kaliforniyada deltada genişmiqyaslı təmizləmə əməliyyatı çərçivəsində bir neçə barj suyun altından çıxarılıb
Kaliforniyanın Sacramento–San-Xoakin deltası ərazisində aparılan genişmiqyaslı təmizləmə əməliyyatı çərçivəsində bir neçə tərk edilmiş kran barjı sualtından çıxarılıb.
"Seanews.az" xəbər verir ki, layihə Kaliforniya Dövlət Resurslar Agentliyi, Sahil Mühafizəsi və ABŞ Donanması ilə birgə icra olunub.
Təxminən 20 ildən çoxdur bölgədə su altında və ya yarı batmış vəziyyətdə qalan bu böyü barjlar naviqasiya üçün ciddi təhlükə yaradırdı.
Barjların bəzilərində neft qalıqları və digər təhlükəli materiallar olduğu üçün proses Kaliforniya Ekoloji Mühafizə Departamentinin müşahidəsi altında aparılıb.
Rəsmilər qeyd edirlər ki, bu əməliyyat ABŞ tarixində ən böyük sənaye mənşəli tərk edilmiş gəmi təmizləmə layihələrindən biri hesab olunur.
Kaliforniya Dəniz Kommersiyası və Delta Mühafizə Komissiyası gələcəkdə bu cür hallarının qarşısını almaq məqsədilə yeni monitorinq mexanizmləri və hüquqi nəzarət rejimləri üzərində işləyir.