

Sinqapur bayrağı altında üzən gəmidə partlayış baş verib
Hindistanda Sinqapur bayrağı altında üzən “MV WAN HAI 503” adlı konteyner gəmisində partlayış baş verib.
"Seanews.az" xəbər verir ki, bu barədə Hindistan Sahil Mühafizəsi məlumat yayıb.
Hadisə zamanı gəmidə olan 22 heyət üzvündən 5-i xəsarət alıb, 4 nəfər isə itkin düşüb.
Partlayışın səbəbi barədə hələlik hər hansı məlumat verilməyib.
Hadisə yerinə Hindistanın Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələrinin qüvvələri cəlb olunub, axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır