Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-14,
Seanews
Heyder Eliyev

Aktau limanında iri konteyner habı fəaliyyətə başlayıb

Qazaxıstanın Aktau limanında konteyner habı istifadəyə verilib.

"Seanews.az" xəbər verir ki, bu, Xəzər dənizi akvatoriyasında ən iri konteyner qovaşağı hesab olunur. 

Bu layihənin Qazaxıstanın beynəlxalq logistika sistemindəki mövqeyini gücləndirəcəyi və nəqliyyat-logistika sektorunun potensialını artıracağı gözlənilir.

Qovşağın tikintisi Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən Transxəzər istiqamətində konteynerlərin daşınmasını artırmağa və Çindən gələn tranzit yüklərin bir hissəsinin Avropaya yönləndirilməsinə imkan verəcək.

Aktau dəniz limanı Xəzər dənizinin şərq sahilində, Qazaxıstan, İran, Azərbaycan, Rusiya və Türkiyəni birləşdirən nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Liman quru yüklərin, xam neftin və neft məhsullarının aşırılmasını təmin edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır