Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-14,
Seanews
Heyder Eliyev

“New Life” gəmisi "1915 Çanaqqala" körpüsünə çırpılıb

Kamerun bayrağı altında üzən “New Life” adlı quru yük gəmisi "1915 Çanaqqala" körpüsünə çırpılıb.

"Seanews.az" xəbər verir ki, hadisə gəminin Mərmərə dənizindən Egey dənizinə keçidi zamanı baş verib.

Gəmidə maddi ziyan yarandığı bildirilsə də, körpü dayağında ciddi zədələnmə qeydə alınmadığı bildirilib. Bununla belə, sualtı yoxlama qrupu körpünün struktur vəziyyətinin qiymətləndirilməsi məqsədilə əraziyə cəlb olunub. 

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, 2022-ci ildə istifadəyə verilmiş "1915 Çanaqqala" körpüsündə qeydə alınan ilk gəmi qəzasıdır.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır