

İranda metanol yüklü gəmidə partlayış olub
İranın Buşehr əyalətinin Deyr limanında metanol yüklü bir gəmidə baş verən yanğın və partlayış nəticəsində 3 nəfər həlak olub, azı 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
"Seanews.az" xəbər verir ki, hadisə Kaveh Metanol Şirkətinin körpüsündə qeydə alınıb.
Buşehr Valiliyinin Böhran İdarəetmə Baş İdarəsinin rəhbəri Koruş Dehfan bildirib ki, hadisə zamanı gəmi üzərində qaynaq işləri aparılırmış.
Hadisənin səbəbləri ilə bağlı araşdırma başlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır