Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-14,
Seanews
Heyder Eliyev

Yaponiya Çinin “Shandong” və “Liaoning” aviadaşıyıcılarının Sakit okeanda ilk dəfə eyni vaxtda fəaliyyət göstərdiyini təsdiqləyib

Yaponiya Müdafiə Nazirliyi Çinin “Shandong” və “Liaoning” aviadaşıyıcı gəmilərinin Sakit okeanda ilk dəfə eyni vaxtda fəaliyyət göstərdiyini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu inkişaf Pekinin artan hərbi fəaliyyəti ilə bağlı Tokionun narahatlığını daha da dərinləşdirib.

Nazirlik bildirib ki, “Shandong” gəmisi Yaponiyanın cənubundakı Okinotori adasının yaxınlığında aşkarlanıb.

Açıqlamada deyilir ki, həmin gün “Liaoning” aviadaşıyıcı gəmisi şənbə və bazar günləri Yaponiyanın Sakit okeanın ən şərq nöqtəsi olan Minamitori adasının yaxınlığında aşkarlanıb və ilk dəfə bu sularda hərəkət edib.

Müdafiə Nazirliyinin məlumatına görə, “Shandong” şənbə günü saat 13:00 radələrində bir raket esminesi də daxil olmaqla, dörd gəmi ilə Miyako adasından təxminən 550 kilometr cənub-şərqdə sularda üzüb.

2019-cu ildə Çinin ikinci aviadaşıyıcı gəmisi olaraq xidmətə daxil olan “Shandong” Yaponiyanın xüsusi iqtisadi zonasında, Tokiodan təxminən 1700 kilometr cənubda, Okinotorinin şimalında döyüş təyyarələri və helikopterlərlə uçuş və eniş təlimləri həyata keçirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır