

Polşa tərk edilmiş tankeri söküntüyə göndərir
Səkkiz ildir ki, Polşanın Qdiniya limanında tərk edilmiş vəziyyətdə dayanan "Khatanga" adlı tanker ləğv məqsədilə Danimarkadakı söküntü mərkəzinə göndərilir.
"Seanews.az" xəbər verir ki, Rusiyanın Murmansk Gəmiçilik Şirkətinə məxsus olan bu gəmi 2017-ci ilin oktyabrında keçirilən liman dövləti nəzarəti yoxlamasından keçə bilmədiyi üçün saxlanılmışdı.
Rəsmi mənbələrin bildirdiyinə görə, 1987-ci ildə inşa edilmiş və 23.000 ton daşıma qabiliyyətinə malik olan gəminin satışından əldə olunacaq gəlir Qdiniya limanında yığılan borcların ödənilməsinə yönəldiləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır