

Mersində Sahil Mühafizə Komandanlığı bu ilin ilk 5 ayında 2549 gəmi və qayıqda yoxlama aparıb
Türkiyənin Mersin şəhərində Sahil Mühafizə Komandanlığı sahil təhlükəsizliyini təmin etmək və qanunsuz fəaliyyətlərin qarşısını almaq məqsədilə 2025-ci ilin ilk 5 ayında ümumilikdə 7 min 783 saat iş görüb.
“Seanews.az” xəbər verir ki, bu barədə şəhər valiliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, sözügedən dövrdə 2 min 549 gəmi və qayıq yoxlanılıb. Onlardan 148-nə qanuni tədbir tətbiq olunub.
Rəsmi şəxslər “təhlükəsiz şəhər, hüzurlu gələcək” məqsədilə yoxlamaların fasiləsiz davam etdiriləcəyini vurğulayıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır