Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-21,
Seanews
Heyder Eliyev

Yaponiya gəmiqayırma sənayesini canlandırmaq üçün milli tərsanə yaratmağa hazırlaşır

Yaponiya hökuməti milli təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edən gəmiqayırma imkanlarını bərpa etmək məqsədilə milli tərsanənin yaradılması məsələsini nəzərdən keçirir.

 “Seanews.az” xəbər verir ki, bununla bağlı təkliflər təqdim olunub.

Təklifdə mövcud zavodların bərpası və yeni tərsanə infrastrukturu üçün dövlət-özəl sektor sərmayələrinin təşviqi kimi mühüm istiqamətlər əksini tapıb.

Bu təşəbbüslər 2022-ci ildə qəbul edilən İqtisadi Təhlükəsizliyin Təşviqi Qanunu ilə də dəstəklənəcək.

Qeyd edək ki, 1990-cı illərdə dünya gəmiqayırmasının təxminən 50%-nə sahib olan Yaponiya hazırda bazarın yalnız 10%-ni təşkil edir və Çin ilə Cənubi Koreyandan xeyli geridə qalır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır