Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-24,
Seanews
Heyder Eliyev

ABŞ-də göldə qayıq aşıb, ölənlər var

ABŞ-nin qərbindəki Taxo gölündə 10 nəfəri daşıyan qayıq aşıb.

“Report” xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Bildirilib ki, şənbə günü günorta Taxo gölündə içində 10 nəfər olan qayıq aşıb. Altı nəfər ölüb, onların meyitləri sudan çıxarılıb. İki nəfər xilas edilərək xəstəxanaya çatdırılıb, daha iki nəfər isə itkin düşmüş hesab olunur.

ABŞ Sahil Mühafizəsi 12 saat ərzində 390 kvadrat mildən çox ərazini əhatə edən axtarış əməliyyatı keçirib, lakin bazar günü axtarışlar dayandırılıb. Qəzanın səbəbi qasırğa nəticəsində yaranmış 2,5 metrə qədər hündürlüyü olan dalğalar olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır