Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

nizdə qabarma ilə müşayiət olunan tufan Tokioda böyük daşqınlara səbəb ola bi

Dənizdə qabarma ilə müşayiət olunan tufan Tokionun sahil rayonlarında böyük daşqınlara səbəb ola bilər ki, bunun da nəticəsində təqribən 2,6 milyon yerli sakinin təxliyəsinə ehtiyac yaranar. Bu barədə mərkəzi hökumətin və Tokio şəhər administrasiyasının nümayəndələrinin iştirakı ilə keçirilən müxtəlif təbii fəlakətlərin qarşısının alınmasına həsr edilən birgə iclasda məlumat verilib. Mütəxəssislərin qənaətinə görə, ən təhlükəli təbii fəlakət güclü leysan yağışların Tokio körfəzində böyük qabarma ilə müşayiət olunması nəticəsində baş verə bilər. Bu, Tokio zonasında yerləşən Arakava və Eqoqava çaylarında daşqınlara səbəb ola bilər ki, nəticədə də qismən aşağıda yerləşən geniş rayonlar su altında qalar. Toplaşma mərkəzlərində xüsusi avadanlığın kifayət qədər olmaması, bu ərazidə yaşayan 2,6 milyon sakinin təxliyəsində də çətinliklər yaradar. Hazırda Tokioda heç bir şəraitdə suyun altında qalmayacaq təqribən 2,1 min xüsusi obyekt var. Həmin obyektlər təqribən 1,5 milyon insanı qəbul etmək iqtidarındadır ki, bunlar da əsasən yaxınlıqda yaşayanlardır. Bunu nəzərə alan iclas iştirakçıları kütləvi daşqınlar zamanı qalan insanların qonşu prefekturalara köçürülməsi yollarının fövqəladə şəkildə araşdırılmasının vacibliyini qeyd ediblər. Belə bir təhlükə yalnız Tokio zonasının deyil, eyni zamanda, iqlim dəyişmələri və tufanlar nəticəsində Osaka şəhərinin də böyük daşqınlarla üz-üzə qalacağını deməyə əsas verir. Son 30 ildə qlobal istiləşmə nəticəsində okeanda suyun səviyyəsinin təqribən 7 santimetr qalxdığı bildirilir. Hazırda sahil zonalarını bəndlər və sədlər qorusa da, mütəxəssislərin rəyinə görə, güclü tufan hər şeyi dəyişə bilər. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır