Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-25,
Seanews
Heyder Eliyev

Yanğın nəticəsində zədələnərək Sakit okeanda tərk edilmiş gəmi 20 gün sonra batıb

İyunun əvvəlində yanğın nəticəsində zədələnərək Sakit okeanda tərk edilmiş "Morning Midas" yük gəmisi batıb.

Oxu.az-ın "Bloomberg"ə istinadla xəbərinə görə, bu barədə gəminin kapitanı məlumat verib.

Gəminin göyərtəsində 3 000-dən çox avtomobil olub, onlardan təxminən 800-ü elektromobil idi.

Xatırladaq ki, iyunun 5-də Sakit okeanın mərkəzi hissəsində göyərtəsinə 3000-dən çox avtomobil yüklənmiş gəmidə yanğın olub. Bundan sonra "Morning Midas" Sakit okeanın ortasında ekipaj tərəfindən tərk edilib. Yanğının səbəb olduğu zədələr, əlverişsiz hava şəraiti və sonradan göyərtəyə suyun dolması nəticəsində gəminin vəziyyəti daha da pisləşib və nəqliyyat vasitələri ilə birlikdə tamamilə batıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır