Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-27,
Seanews
Heyder Eliyev

Hörmuz boğazında gəmi sahibləri hücumlardan yayınmaq üçün mənsubiyyətləri barədə yalan məlumat verirlər

Hörmüz boğazında hərəkət edən kommersiya gəmiləri hücum təhlükəsindən yayınmaq üçün kütləvi şəkildə öz mənsubiyyətləri barədə yalan məlumatlar yaymağa başlayıblar.

APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, İran və İsrail arasında gərginliyin artdığı dövrdə 55 gəmi ümumilikdə 101 qeyri-adi siqnal göndərib.

Bəzi hallarda bu siqnallarda "Rusiya nefti" və ya "Çin mülkiyyəti" kimi ifadələr qeyd olunub.

Agentliyin mənbələri bildiriblər ki, gəmi sahibləri ABŞ, Böyük Britaniya və ya İsraillə əlaqəli gəmilərin hələ də potensial hücum hədəfi ola biləcəyindən ehtiyat edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır