

Niderland və Belçika ilk dəfə olaraq minatutan gəmilərini Ukraynaya təhvil verib
Niderland və Belçika ilk dəfə Kiyevə "BNS Narcis" və "Zr.Ms. Vlaardingen" minatutan gəmiləri təhvil verib.
“Report” xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.
Bildirilib ki, minatutan gəmilərin təhvil verilməsi Zeyebrüggedəki dəniz bazasında baş tutub.
“Minaaxtaran gəmilər yeni fəsilə – fərqli bayraq altında və yeni missiya ilə başlayırlar”, — Niderland müdafiə nazirinin səlahiyyətlərini icra edən Ruben Brekelmans deyib.
İlin sonunda ölkələr Kiyevə daha bir gəmi — "Zr.Ms. Makkum"u göndərəcəklər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır