

Aliağada yeni tərsanə inşa ediləcək
İzmirin sənaye və dənizçilik mərkəzlərindən olan Aliağada yeni tərsanə inşa ediləcək.
"Seanews.az" xəbər verir ki, layihə Yaxta və Qayıq İstehsalçıları Sənaye Kooperativinin təşəbbüsü ilə Aliağanın Çaltılıdere məhəlləsində “YATEK Yat/Tekne İmal və Çekek Yeri Tesisləri” adı ilə həyata keçiriləcək.
Layihənin ümumi dəyəri 3 milyard 914 milyon 586 min 600 TL olaraq açıqlanıb. Burada il ərzində 312 ədəd qayıq istehsalı nəzərdə tutulur.
Tərsanə üçün 30 illik istifadə icazəsi alınsa da, təsisatın 50 il fəaliyyət göstərməsi planlaşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır