Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-07,
Seanews
Heyder Eliyev

ı dəniz sahillərində sahibsiz karqo gəmisi tapı

Çində Sarı dəniz sahillərində sahibsiz karqo gəmisi tapılıb.  “Seanews.az” xəbər verir ki, bu barədə Lianyungang Dəniz Nəqliyyatı İdarəsi eyniadlı liman idarəçilərini məlumatlandırıb. Liman nəzarətçiləri dərhal sirli gəminin olduğu yerə yollanıblar. Məlum olub ki,  həmin gəminin limana giriş-çıxış icazə yoxdur. “HENG SMOOTH” adlı gəmi Lianyungang körpüsünə gətirilərək nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.  1988-ci il istehsalı gəminin Sierra Leone bayrağı altında olduğu bildirilsə də, onun operatorunun adı məlum deyil.  Qeyd edək ki, Çin sularında bu cür hallara tez-tez rast gəlinir. Sonuncu belə hadisə bu il fevralın 19-da Yangtze rayonunun ərazisində baş verib. Həmin vaxt hökumət  “HAI XING SHUN” adlı konteyner gəmisini ələ keçirmişdi. Onu da deyək ki, indiyədək xarici gəmilərin Çin limanlarına gizli şəkildə, lazımi prosedurları keçmədən  gəlmələri barədə hər hansı bir rəsmi açıqlama və izahat verilməyib.   


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır