

Union Maritime Suezmax tanker bazarına daxil olur
Britaniyada yerləşən "Union Maritime" şirkəti ilk dəfə olaraq "Suezmax" seqmentinə daxil olaraq tanker sahəsindəki fəaliyyətini genişləndirir. Əvvəllər "Nordic American Tankers" (NAT) şirkətinə məxsus olan iki tankerin artıq" Union Maritime" donanmasına daxil olduğu bildirilir.
"Seanews.az" xəbər verir ki, bu gəmilərdən biri 2003-cü ildə inşa edilib, 160 min DWT tutuma malik "Nordic Apollo" tankeridir. Gəmi mülkiyyət dəyişikliyindən sonra "Alkebula"n adı ilə yenidən qeydiyyata alınıb. Müqavilə bu ilin əvvəlində yekunlaşıb, lakin alıcının adı o vaxt açıqlanmamışdı.
2006-cı ildə yaradılmış "Union Maritime Ltd." mərkəzi Londonda yerləşən özəl gəmiçilik şirkətidir. Şirkət xam neft, neft məhsulları və kimyəvi maddələrin daşınması sahəsində ixtisaslaşıb və dayanıqlı texnologiyalara fokuslanır.
MR, LR tipli tankerlər və kimyəvi tankerlər daxil olmaqla, şirkət 40-dan çox gəmini idarə edir.