Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-29,
Seanews
Heyder Eliyev

a dənizdə genişmiqyaslı hərbi təlimlər keçirilə

NATO aprelin 5-dən 13-dək Qara dənizdə «Dəniz sipəri-2019» adlı genişmiqyaslı çoxmillətli hərbi təlimlər keçirəcək. Qara dənizin Rumıniya hissəsində və beynəlxalq ərazi sularında keçiriləcək təlimlər regionda ən genişmiqyaslı təlimlər olacaq. Təlimlərə Rumıniyanın 14 gəmisi ilə yanaşı, Bolqarıstan, Kanada, Yunanıstan, Niderland və Türkiyənin hərbi gəmiləri də qatılacaq. Hərbi təlimlərdə 2200 hərbi qulluqçu birgə sualtı hərbi hücumların qarşısının alınması, yerüstü və hava hücumlarından müdafiə, təhlükələrə qarşı hazırlıq və digər əməliyyatlarda iştirak edəcəklər. Təlimlər BMT-nin mandatı altında təşkil olunacaq. Qeyd edək ki, hazırda Qara dənizdə NATO-nun 2-ci daimi hərbi-dəniz qrupunun (SNMG2) 6 döyüş gəmisi xidmət aparır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır