atlar Ukrayna gəmisini qarət edib, heyət üzvlərini qaçırı
Qvineya körfəzində Nigeriyalı dəniz quldurları Ukraynaya məxsus “Contship Oak” adlı gəmini qarət edib, daha sonra heyət üzvlərini qaçırıblar. “Seanews.az” xəbər verir ki, bu barədə Odessa Regional Ticarət Birliyi Dəniz Nəqliyyat İşləri İdarəsindən məlumat verilib. Açıqlamada qeyd olunub ki, piratlar gəmidə olan dəyərli əşyaları özləri ilə götürüb, heyət üzvlərindən dörd nəfəri isə oğurlayıblar. Hazırda məsələ ilə bağlı Ukrayna Xarici İşlər Nazirliyi, Ukrayna-Nigeriya səfirliyində araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır