Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-09,
Seanews
Heyder Eliyev

ABŞ-də gəmiqayırma və dənizçilik sənayesini dəstəkləyən yeni qanun layihəsi qəbul edilib

ABŞ Prezidenti Donald Trampın “böyük və gözəl qanun layihəsi” kimi təqdim etdiyi yeni paket Konqresin hər iki palatasında təsdiqlənib.

"Seanews.az" xəbər verir ki, layihənin əsas məqsədi ABŞ-də gəmiqayırma və dənizçilik sənayesini yenidən canlandırmaqdır. Bu məqsədlə ümumilikdə 29 milyard ABŞ dolları ayrılması nəzərdə tutulur. Vəsait əsasən ABŞ Hərbi Dəniz Qüvvələri üçün yeni gəmilərin inşasına və ölkənin dəniz sənayesi bazasının gücləndirilməsinə yönəldiləcək.

Qanun layihəsində, həmçinin Milli Təhlükəsizlik Şurası nəzdində yeni Dənizçilik və Sənaye Potensialı İdarəsinin yaradılması planlaşdırılır. Bundan başqa, ABŞ dənizçilik sənayesini dirçəltmək üçün əhatəli Dənizçilik Fəaliyyət Planının hazırlanması da qanunun əsas tərkib hissələrindəndir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır