ir və Küveyt bəzi limanlarının fəaliyyətini dayandı
Əlverişsiz hava şəraiti səbəbindən Misirdə iki, Küveytdə üç limanın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Misir rəsmi xəbər agentliyi MENA-nın məlumatına görə, ölkədə İsgəndəriyyə və Dahilə limanları bağlı elan olunub. Küveyt Limanlar Qurumundan isə bildiriblər ki, hava ilə əlaqədar Şuaybe, Doha və Şuveyh limanlarındakı bütün əməliyyatlar dayandırılıb. Məlumata görə, hazırda hər iki ölkədə küləyin sürəti təxminən saatda 60 kilometrə çatır, dənizlərdə yüksək dalğalar var, bəzi bölgələrdə görmə məsafəsi xeyli aşağı düşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır