Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-16,
Seanews
Heyder Eliyev

BMT Təhlükəsizlik Şurası husilərin Qırmızı dənizdəki hücumlarını qınayan qətnamə qəbul edib

BMT Təhlükəsizlik Şurası iyulun 15-də keçirilən səsvermə nəticəsində Yəməndəki husilərin Qırmızı dənizdə ticarət gəmilərinə qarşı həyata keçirdiyi hücumları qınayan qətnamə qəbul edib. Qətnamə 12 lehinə səslə qəbul olunub, Rusiya və Çin bitərəf qalıb, Əlcəzair isə səsvermədə iştirak etməyib.

"Seanews.az" xəbər verir ki, qətnamədə BMT üzv dövlətlərinə, xüsusilə də Qırmızı dəniz bölgəsində olanlara beynəlxalq hüquqa uyğun olaraq gəmilərin azad hərəkətini qorumaq üçün tədbirlər görməyə çağırılır. Sənəddə həmçinin husilərin hücumlarının beynəlxalq ticarət və enerji təchizatı üçün ciddi təhlükə yaratdığı vurğulanır.

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq Təhlükəsizlik Şurasında çıxış edərək, vəziyyətin gərgin olaraq qaldığını və diplomatik səylərə baxmayaraq, regionda eskalasiyanın qarşısının alınmasının hələ də mümkün olmadığını bildirib.

Qeyd edək ki, husilər ötən ilin noyabrından bəri Qırmızı dənizdə İsraillə əlaqəli olduğunu iddia etdikləri ticarət gəmilərinə pilotsuz uçuş aparatları və raketlərlə hücumlar təşkil edir. ABŞ və Böyük Britaniya bu hücumlara cavab olaraq bir neçə dəfə Husi mövqelərinə zərbələr endirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır