Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-18,
Seanews
Heyder Eliyev

Antverpen limanında yük gəmisində yanğın baş verib

Belçikanın Antverpen limanında lövbərdə dayanan Hollandiya bayrağı altında üzən "FWN Adriatic" adlı yük gəmisində yanğın qeydə alınıb. 

"Seanews.az" xəbər verir ki, gəmi yanğın zamanı avtomobillər və gips karton lövhələrlə yüklənmiş vəziyyətdə olub.

Hadisə ilə bağlı limana yanğınsöndürmə kateri cəlb olunub. Alov sürətlə göyərtəyə yayılsa da, yanğınsöndürənlər yanğının qarşısını almağa çalışıblar. 

Gəmidən çıxan güclü tüstü səbəbindən Antverpen limanı yaxınlığında yerləşən Merksem şəhər idarəsi sakinlərə qapı və pəncərələri bağlı saxlamaq barədə xəbərdarlıq edib. Liman rəhbərliyi isə ərazidən keçən digər gəmilərə ehtiyatla hərəkət etməyi və ventilyasiya sistemlərini müvəqqəti olaraq söndürməyi tövsiyə edib.

Yanğının baş verdiyi "FWN Adriatic" gəmisinin cəmi iki ay əvvəl istismara verildiyi bildirilir. 

Yanğının səbəbləri araşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır