Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-20,
Seanews
Heyder Eliyev

milərə pirat hücumları aza

2019-cu ilin ilk üç ayında keçən ilin eyni dövrünə nisbətən dənizdə pirat hücumlarının sayı azalıb. Bu barədə Beynəlxalq Dəniz Bürosu (IMB) məlumat verib. Bürodan bildirilib ki,  ötən ilin üç ayında hücumların sayı 66 olduğu halda, 2019-cu ildə bu rəqəm 38-ə enib. Sözügedən dövrdə 27 dəfə quldurlar gəminin göyərtəsinə qalxmağa nail olublar, 7 gəmi güllələnib, hücumların dördünün qarşısı alınıb. Beynəlxalq Dəniz Bürosunun direktoru Pottengal Mukundan  statistikanı ürəkaçan hesab edib.  Hadisələrin çoxu Qvineya Körfəzində (22 hadisə) baş verib. Beş ayrı hücum zamanı quldurlar 21 dənizçini girov götürüblər. Hücumlar Benin, Kamerun, Qana, Fil Dişi Sahili, Liberiya, Nigeriya və Toqo sahillərində də olub. Son 10 ildə piratların çox olduğu Nigeriyanın sularında hadisələrin sayı azalıb. Keçən ilin əvvəlində bu hücumların sayı 22 olduğu halda, bu ilin ilk üç ayında say 14-ə enib. İndoneziyanın sularında da baş verən hadisələrin sayı azalıb. İlk rübdə bu ölkənin limanlarında duran gəmilərdə yalnız üç hücum olub. Bu göstərici 2010-cu ildən bəri qeydə alınan ən aşağı göstəricidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır