Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-22,
Seanews
Heyder Eliyev

Yaponiyanın "Tsuneishi Shipbuilding" şirkəti iki törəmə müəssisəsini birləşdirir

Yaponiyanın aparıcı gəmiqayırma şirkətlərindən biri olan "Tsuneishi Shipbuilding" iki törəmə şirkətini birləşdirmək qərarına gəlib.

"Seanews.az" xəbər verir ki, şirkətin qəbul etdiyi qərara əsasən  2025-ci ilin sentyabrın 1-dən "Tsuneishi Miho Shipyard" və "Niigata Shipbuilding and Repair" şirkətləri vahid qurum kimi fəaliyyət göstərəcək və "Tsuneishi Miho Shipyard" adı altında işləməyə davam edəcək. 

Şirkətdən verilən açıqlamaya görə, bu birləşmə kiçik və ortaölçülü gəmiqayırma sahəsində əməkdaşlığı gücləndirmək və qrupun ümumi rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır.

Yeni struktur çərçivəsində "Tsuneishi Miho Shipyard" öz fəaliyyətini Shizuoka prefekturasında davam etdirəcək, Niigata şəhərində yerləşən "Niigata Shipbuilding and Repair" müəssisəsinin mövcud istehsalat sahələri isə qorunub saxlanılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır