Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-26,
Seanews
Heyder Eliyev

Türkiyədə 21 yeni döyüş gəmisinin inşası davam edir

“Seanews.az” xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin sifarişi əsasında ölkənin hərbi dəniz donanmasının gücləndirilməsi məqsədilə ümumilikdə 21 yeni döyüş gəmisinin tikintisi həyata keçirilir. Layihə “TAİS Shipyards” konsorsiumu tərəfindən icra olunur.

Hazırda inşası davam edən gəmilər aşağıdakılardır:

7 ədəd hərbi freqat,

8 ədəd desant gəmisi (LCT tipi),

4 ədəd sahil mühafizə kateri,

2 ədəd hücum kateri.

Layihə çərçivəsində inşa olunan gəmilər müxtəlif əməliyyat təyinatlı olub, hava hücumundan müdafiə, suüstü və sualtı döyüş, patrul və desant əməliyyatları kimi tapşırıqların yerinə yetirilməsinə xidmət edəcək. Gəmilərin böyük hissəsi Türkiyənin milli istehsal gücü və texnologiyası əsasında hazırlanır.

Tikinti işlərinin yaxın illərdə tamamlanması və gəmilərin döyüş hazırlığında istifadəyə verilməsi planlaşdırılır. Layihə həm Türkiyənin dəniz təhlükəsizliyi imkanlarını artırmağa, həm də yerli hərbi sənaye kompleksinin inkişafına töhfə verməyə yönəlib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır