Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-29,
Seanews
Heyder Eliyev

mi çayın üzərindəki körpüyə çırpıldı, körpü u

Braziliyada Para əyalətində bərə-gəmi Moju çayında körpünün altından keçərkən onun sütunlarından birinə toxunub.  “Seanews.az” xəbər verir ki, hadisə nəticəsində körpü və gəmiyə ciddi ziyan dəyib. Bununla belə, körpünün üzərində hərəkət edən iki avtomobil də suya düşüb. Bu barədə Para əyalətinin valisi Helder Barbalio Twitter hesabında yazıb.  O bildirib ki,  Belemə gedən körpünün 200 metrlik hissəsi çöküb və iki avtomobil Moju çayına düşüb. Avtomobillərdəki şəxslərdən xəbər olmasa da,  gəminin beş nəfərlik şəxsi heyətinin xilas olunduğu bildirilib. Çayda xilasetmə işləri davam etdirilir. Qeyd edək ki, yerli mətbuat bir il davam edəcək körpü təmirinin 25 milyon dollara başa gələcəyini yazıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır