Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-29,
Seanews
Heyder Eliyev

üzən şəhərlər tikməyə çağı

Üzən şəhərlər bəşəriyyətə iqlimin dəyişməsi nəticəsində yaranacaq qlobal subasmadan xilas olmaq imkanı verəcək. Bu barədə BMT baş katibinin müavini Amina Məhəmməd sabit inkişaf məqsədləri mövzusuna həsr edilmiş tədbirdə çıxışı zamanı deyib. “İqlim dəyişiklikləri nəticəsində şəhərlərin su altında qalması riskləri artır. Bəzi məlumatlara görə, Banqkok şəhəri hər il 2 santimetr batır və Siam körfəzində suyun səviyyəsi qalxmağa davam edir. Üzən şəhərlər arsenalımızda yeni alətlərdən biri ola bilər. Onlar sabit inkişaf məqsədləri istiqamətində yeni addım olacaq”, – deyə o bildirib. BMT-nin məlumatına əsasən, əhalisi 300 min nəfərdən yuxarı olan şəhərlərin təxminən 60 faizi yüksək siklon, quraqlıq, daşqın, zəlzələ və vulkan püskürməsi riski qarşısındadır. Artıq belə qurğular bəzi regionlarda istifadə olunur. Məsələn, Sinqapur 1965-ci ildə üzən tikililər vasitəsilə öz ərazisini təxminən 25 faiz artırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır