Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-06,
Seanews
Heyder Eliyev

Alyaska körfəzində batmaqda olan gəmidən 4 nəfər xilas edilib - Xilasetmə əməliyyatından VİDEO

ABŞ Sahil Mühafizəsinin keçirdiyi xilasetmə əməliyyatı nəticəsində Alyaska körfəzində batmaq təhlükəsi ilə üzləşən “Sea Ranger” adlı yedək gəmisinin 4 nəfərlik heyəti xilas edilib.

“Seanews.az” xəbər verir ki, hadisə 1 avqustda Kordova şəhərindən təxminən 130 mil cənubda qeydə alınıb. Səhər saatlarında ABŞ Sahil Mühafizəsinin Alyaska üzrə komanda mərkəzinə gəminin su almaqda olduğu barədə siqnal daxil olub. Məlumat əsasında “HC-130 Super Hercules” təyyarəsi dərhal hadisə yerinə göndərilib və saat 13:08 radələrində gəmi ilə əlaqə qurulub.

İlkin mərhələdə heyət üzvləri təhlükədə olmadıqlarını bildirib. Sahil Mühafizəsi tərəfindən gəmiyə su təmizləyici nasos endirilib. Lakin saat 15:57-də gəmidən təkrar müraciət daxil olub. Bildirilib ki, gəmi artıq manevr edə bilmir, mühərrik otağında tüstü var, həmçinin nasoslar işləmir və sualma davam edir.

Bununla əlaqədar, “MH-60 Jayhawk” helikopteri və daha bir “HC-130 Super Hercules” təyyarəsi Kodiak Sahil Mühafizəsi Aviasiya Bazasından hadisə yerinə göndərilib. Saat 19:42-də helikopter gəmi üzərinə çataraq ekipaj üzvlərini təxliyə edib.

Xilasedilən şəxslər Kordova şəhərinə çatdırılıb və ilkin tibbi müayinədən keçirilib. Sahil Mühafizəsinin məlumatına görə,  onların heç birində sağlamlıq problemi aşkarlanmayıb.

Mütəxəssislər qeyd edirlər ki, gəmi heyətinin xilasedici avadanlıqlarla təmin olunması hadisənin faciə ilə nəticələnməsinin qarşısını alıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır