

"HD Hyundai" ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin yenidənqurulmasını həyata keçirəcək
“HD Hyundai Heavy Industries” ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci Donanmasına məxsus 41 min tonluq “USNS Alan Shepard” gəmisinin texniki xidmət, təmir və yenidənqurma işləri üçün müqavilə imzalayıb.
“Seanews.az” xəbər verir ki, şirkət bu müqaviləni Cənubi Koreya hökumətinin ABŞ ilə gəmiqayırma sahəsində yeni əməkdaşlıq təşəbbüsü ilə bağlı son təklifindən sonra verilən ilk sifariş kimi xarakterizə edib.
Təmir işlərinin sentyabr ayında Cənubi Koreyanın Ulsan şəhərində “HD Hyundai Mipo” gəmiqayırma zavodunun yaxınlığındakı yanalma körpüsündə başlaması planlaşdırılır. Gəminin 2025-ci ilin noyabrında ABŞ Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi nəzərdə tutulur.
“USNS Alan Shepard” 2007-ci ildə istismara verilib, onun uzunluğu 210 metrdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır