Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-21,
Seanews
Heyder Eliyev

Niderland və Norveç şirkətləri birgə gəmiqayırma zavodu qurur

Niderlandın "Damen Shipyards Group" və Norveçin "Folla Maritime" şirkəti yeni birgə müəssisə yaradır.

"Seanews.az" xəbər verir ki, "Damen Folla" adlandırılan gəmiqayırma zavodunda Norveçdə balıq və digər su bioresurslarının yetişdirilməsi sahəsinə xidmət göstərmək üçün alüminium gövdəli ixtisaslaşmış gəmilər istehsal ediləcək.

Yeni təqdim olunan kater hibrid enerji qurğusu 160 kv.m göyərtə sahəsi və 3 iri kranla təchiz olunacaq. Gəmi həmçinin dinamik mövqesaxlama sistemi (DP) ilə təmin ediləcək.

"Damen" Norveç və Böyük Britaniya bazarlarına daha əvvəl oxşar gəmilər təqdim edib, "Folla" isə "Nova Sea" və "Vega Sjofarm" şirkətlərinə hibrid və elektrik katerləri təhvil verib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır