

“Marie Maersk”-də yanğının söndürülməsi davam edir
"Marie Maersk"-də 12 avqustdan bəri davam edən yanğının lokallaşdırılması istiqamətində işlər davam etdirilir.
"Seanews.az" xəbər verir ki, bu barədə “Maersk” şirkəti açıqlama yayıb.
Məlumata görə, 19 avqustdan etibarən yanğının söndürülməsinə xarici qrup da cəlb edilib. Hazırda alov nəzarət altına alınıb, lakin tam söndürülməyib.
"Pole Star Global" şirkətinin AIS məlumatları "Marie Maersk"-in yaxınlığında üç yedək və iki xidmət gəmisinin olduğunu göstərir.
Mütəxəssislərin fikrincə, yük yanğınlarının tam söndürülməsi uzun müddət çəkə bilər. Bu hal yaxın keçmişdə "Wan Hai 503" gəmisində baş verən oxşar insidentdə də müşahidə olunmuşdu.
Şirkət bildirir ki, gəmi üçün sığınacaq limanın seçilməsi də gündəmdədir, lakin bölgədə 19 min TEU tutumlu bu nəhəng gəmini qəbul edə biləcək limanların sayı çox azdır.