

Yaponiya dənizə nəzarəti artırmaq üçün dörd "SeaGuardian" təyyarəsi alacaq
Yaponiya Sahil Mühafizəsinin 2026-cı maliyyə ili üçün büdcə tələbinə dəniz nəzarətini gücləndirmək üçün 4 ədəd "SeaGuardian" pilotsuz təyyarəsinin alınması daxil edilib.
"Report" "Japan Times"a istinadən xəbər verir ki, sözügedən 4 təyyarə 2028-ci maliyyə ilində istifadəyə verilsə, Yaponiyanın "SeaGuardian" donanması 9 vahidə çatacaq.
Sahil Mühafizəsi həmçinin iki böyük patrul gəmisi inşa etməyi və arsenalına orta ölçülü reaktiv təyyarə əlavə etməyi planlaşdırır.
Qeyd olunur ki, Yaponiya Sahil Mühafizəsinin büdcə tələbi 2025-ci maliyyə ili üçün təşkilatın ilkin büdcəsindən 14% yüksək olan rekord göstəriciyə - 317.7 milyard yenə (təxminən 2,19 milyard ABŞ dolları) çatıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır