Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-28,
Seanews
Heyder Eliyev

"Maersk" Kolombo terminalı ilə müqavilə imzalayıb

Danimarka gəmiçilik şirkəti "Maersk Line" Şri Lanka Limanlar İdarəsi (SLPA) ilə Kolombo Limanında terminal xidmətləri üzrə üç illik müqavilə imzalayıb.

"Seanews.az" xəbər verir ki, müqaviləyə əsasən, "Maersk" regional gəmiçilik əməliyyatları üçün Kolombo Limanındakı SLPA terminallarından istifadəni davam etdirəcək.

SLPA bildirib ki, razılaşma dünyanın ikinci ən böyük konteyner şirkəti ilə əməkdaşlığı gücləndirəcək: "Bu müqavilə yalnız xidmətin etibarlılığını artırmaqla kifayətlənməyəcək, həm də yaxın gələcəkdə Kolombo Şərq Konteyner Terminalının (CECT) inkişafı ilə uzunmüddətli böyümə perspektivlərinə töhfə verəcək."


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır